
Homewrecker
İnteryer dizayneri Mişel idman zalından çıxdıqdan sonra işlərini görmək üçün kafeyə yollanır. Soyunub-geyinmə otağında bir-iki kəlmə kəsdiyi orta yaşlı Linda da ora gəlir və qızın masasına oturub söhbətə başlayır. Mişelin peşəsini öyrənən Linda onu öz mənzili üçün dizayn layihəsi hazırlamaq bəhanəsilə israrla evinə dəvət edir.
Nəzakət xatirinə təklifi qəbul edən Mişel yad evdə qəribə davranışlarla qarşılaşır. Ev sahibəsinin hərəkətləri getdikcə daha təhlükəli xarakter alır. Qız oradan uzaqlaşmaq istədikdə isə Linda ona zərbə endirərək huşsuz vəziyyətə salır və ikinci mərtəbədəki otağa kilidləyir.
Kanada istehsalı olan «Homewrecker» triller-komediya filmi 2019-cu ildə rejissor Zek Qeyn tərəfindən çəkilib. Baş rolları Preşes Çonq, Aleksandra Essou, Toni Metyus və Kris Siddiki canlandırıblar.
«Homewrecker» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın