
Murdercise
Hadisələr aerobikanın bütün dünyanı bürüdüyü 1980-ci illərdə cərəyan edir. İdmana böyük marağı olan mühafizəkar Fibi fitnes sahəsində uğur qazanmaq istəyir və nəhayət, aşağı büdcəli məşq videosunun çəkilişlərinə dəvət alır. Lakin burada o, komandanın bayağı rəftarı və digər iştirakçıların alçaldıcı zarafatları ilə üzləşir.
Yaranan gərginlik layihənin sponsoru olan mafiya ailəsinin üsyankar qızı İzabella ilə tanışlıqdan sonra başqa istiqamət alır. Fibi ilə tez bir zamanda dil tapan İzabella ona dəstək durur. O, Fibini hərəkətə keçməyə və onu incidənlərdən ən qəddar, qanlı yollarla qisas almağa təhrik edir.
ABŞ istehsalı olan «Murdercise» qorxu-komediya filmi 2023-cü ildə Anjelika De Alba və Paul Ragsdale tərəfindən lentə alınıb. Baş rolları Kansas Boulinq, Nina Lanee Kent, Cessa Flüks və Cincer Linn Allen ifa ediblər.
«Murdercise» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 iyul 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Angelica De Alba, Paul Ragsdale
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın