
Çupakabra əfsanəsi
Pit sirli canlıları araşdırmağa böyük maraq göstərir və hər vəchlə çupakabranın mövcudluğunu sübut etmək istəyir. Doğma şəhərində hər dörd ildən bir heyvanların və insanların müəmmalı şəkildə tələf olması onu bu addımı atmağa sövq edir. Üstəlik, çalışdığı qəlyanaltının bağlanmaq üzrə olması və canavarın yaxalanması üçün təyin edilən əlli min dollarlıq mükafat vəziyyəti daha da ciddiləşdirir.
Uşaqlıq vədini yerinə yetirmək qərarına gələn gənc, köhnə dostu Denni və şəhərə yeni qayıdan sevgilisi Beyli ilə güclərini birləşdirir. Qısa müddət sonra üçlük əfsanəvi məxluqun həqiqətən var olduğunu anlayır, lakin eyni zamanda rəqib ovçular da onların arxasınca düşür.
ABŞ istehsalı olan «The Legend of El Chupacabra» komediya filmi 2023-cü ildə Rob Mabry tərəfindən çəkilib. Baş rolları Presley Weber, Michael Ochotorena, Ellison Viktoriya və Kiki Syuki canlandırır.
«Çupakabra əfsanəsi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın