
Məktəbimizi xilas edin
Paris ətrafında yerləşən Jak Prever adına köhnə ibtidai məktəb çətin vəziyyətlə üzləşir. Yaxınlıqda açılan müasir ekoloji təhsil ocağı imkanlı ailələrin diqqətini çəkərək şagirdlərin oraya axışmasına səbəb olur. Məktəb direktoru Zahiya şagird müxtəlifliyini qorumaq və doğma təhsil ocağının boşalmasının qarşısını almaq üçün qeyri-adi bir addım atmağa qərar verir.
O, müəssisəni ərazinin ilk «yaşıl məktəb»inə çevirmək niyyətindədir. Direktor bu yolda ekoloji ideyalarla yaşayan gənc müəllimə Marion ilə birləşir. Lakin bu təşəbbüsü reallaşdırmaq üçün təbiət və kənd təsərrüfatı ilə heç bir əlaqəsi olmayan müəllim heyətini də bu işə cəlb etmək lazım gəlir.
«Məktəbimizi xilas edin» (La cour des miracles) adlı fransız komediyası 2022-ci ildə ekranlara çıxıb. Filmin rejissor kürsüsündə Karin Mey və Hakim Zuhani əyləşib. Əsas rolları Raşida Brakni, Anaid Rozam, Jilber Melki və Diziz la Pest canlandırıb.
«Məktəbimizi xilas edin» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 may 2022
- Ölkə
- Fransa
- Rejissor
- Karin Mey, Hakim Zuhani
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 94 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın