
Hell's Bells
Artur və Herb uzun illərdir metal qrupunda çalsalar da, heç cür uğur qazana bilmirlər. Yaşları ötsə də arzularından əl çəkməyən bu iki dost dolanışıqlarını təmin etmək üçün yerli marketdə paketləyici işləyirlər. Maddi sıxıntılar və yaradıcılıqdakı durğunluq onların həm həyat yoldaşları ilə, həm də qrupdakı digər yoldaşları ilə münasibətlərini korlayır.
Bir gün elə iş yerindəcə onların qarşısına Kaleb adlı musiqi meneceri çıxır. O, dostları əsl rok ulduzuna çevirəcəyini vəd edərək əməkdaşlıq təklif edir. Artur və Herb bu fürsətdən yapışsalar da, yeni menecerin şeytanla gizli sövdələşməsindən xəbərsizdirlər. Həmin müqaviləyə görə, əldə olunan uğurun bədəlini hər kəs öz ruhu ilə ödəməlidir.
«Hell's Bells» qorxu və komediya janrında çəkilmiş ABŞ filmidir. 2020-ci ildə işıq üzü görən ekran işinin rejissor kürsüsünü Cim O'Rier və Skott Tepperman bölüşür. Əsas rollarda Mark Prays, Pol Van Skott, Doun Soleri və Kirsten Doyl çəkiliblər.
«Hell's Bells» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 17 aprel 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Cim O'Rier, Skott Tepperman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın