
Kaka
Ketrin Bataan efirə çıxdığı «DJ Kaka» təxəllüsü ilə intim mövzulardan çəkinmədən danışan məşhur radio aparıcısıdır. Çoxsaylı münasibətlərinə baxmayaraq, o, indiyədək yataqda həqiqi zövq almadığı sirrini hamıdan gizlədir; anası isə bunun nəsildən gələn bir lənət olduğunu iddia edir. Lakin şənliklərin birində Levi adlı cazibədar kişi ilə tanışlıq qızın həyatını tamamilə başqa məcraya yönəldir.
Levi ilə arzuladığı hissləri yaşayan Ketrin onun öz taleyi olduğuna inanır və həyat tərzini dəyişmək qərarına gəlir. O, münasibətlər naminə təvazökar və qaydalara əməl edən bir qadına çevrilməyə çalışır. Bu qəfil dəyişiklik isə qıza gizlicə aşiq olan ən yaxın dostu Xorxenin heç də xoşuna gəlmir.
2021-ci il istehsalı olan «Kaka» adlı Filippin komediya filminin rejissoru C.B. Sampedrodur. Əsas rolları Sanşayn Qimari, Qerald Napoles, Ion Perez və Rosanna Roses canlandırıblar.
«Kaka» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 may 2021
- Ölkə
- Filippin
- Rejissor
- C.B. Sampedro
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 115 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın