
Fijn weekend
Köhnə dostlar və qohumlar dünyasını dəyişmiş Olivyenin xatirəsini yad etmək məqsədilə Fransanın Burqundiya bölgəsindəki bağ evinə toplaşırlar. Onlar adət etdikləri oyunlarla vaxt keçirməyi və həftəsonunun sonunda mərhumun külünü səpməyi düşünürlər.
Lakin Olivyenin dul qalmış həyat yoldaşı Evelin gələndə bütün planlar alt-üst olur. Qadın bu xatirə tədbirinə yeni sevgilisi ilə qatılır. Gözlənilməz qonağın gəlişi dostlar arasında narazılıq doğurur, münasibətləri gərginləşdirir və mühiti çətin vəziyyətə salır.
Niderland istehsalı olan «Fijn weekend» komediya filmini rejissor Yon Kartxaus ərsəyə gətirib. 2023-cü ildə nümayiş olunan layihənin əsas rollarında Eşli Adler, Ludwig Bindervoet, Sara Xronis və Stif de Bot çəkiliblər.
«Fijn weekend» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 yanvar 2023
- Ölkə
- Niderland
- Rejissor
- Jon Karthaus
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın