
Mən və Spotti
Hüquq fakültəsinin tələbəsi Yeva olduqca ünsiyyətcil olsa da, məsuliyyətsizliyi ucbatından daima maddi çətinlik çəkir. Eyni yaşda olan Matteo isə istedadlı cizgi filmi rəssamıdır, böyük şirkətdə çalışır və dəbdəbəli mənzildə insanlardan uzaq qapalı ömür sürür. Yaşlarından başqa heç bir ortaq cəhəti olmayan bu iki gəncin yolları qəribə şəraitdə kəsişir.
Matteo itə baxmaq üçün bir nəfəri işə götürmək qərarına gəlir və seçim Yevanın üzərinə düşür. Lakin Spotti adlı bu dördayaqlı dost yalnız gəncin xəyalında mövcuddur. Qeyri-adi təklifi qəbul edən qız tədricən Matteo ilə yaxınlaşır və bu qəribə ünsiyyət hər ikisinə psixoloji problemlərini arxada qoymağa kömək edir.
2022-ci ildə İtaliyada istehsal olunmuş «Mən və Spotti» komediyasının rejissoru Kozimo Qomesdir. Əsas rolları Mikela De Rossi, Filippo Skotti, Paola Minaççoni və Violetta Dzironi canlandırıblar.
«Mən və Spotti» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 iyul 2022
- Ölkə
- İtaliya
- Rejissor
- Kozimo Qomes
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın