
Biz səni sevirik, Salli Karmaikl!
Yazıçı Saymon Xeys qızla tritonun sevgisindən bəhs edən gənclik kitablarını Salli Karmaikl təxəllüsü ilə gizlicə qələmə alır. Əsərlər böyük oxucu kütləsi qazansa da, Saymon bu romanlardan utanır və əsl kimliyini gizli saxlayır. Lakin bir Hollivud ulduzunun ekranlaşdırmada çəkilmək üçün müəlliflə şəxsən görüşmək tələbi hər şeyi qarışdırır.
Müqaviləni qorumaq və nəşriyyatın məhkəmə iddialarından yaxa qurtarmaq istəyən Saymon bu tələblə razılaşmalı olur. Bu ərəfədə qəhrəmanın yerli kitab mağazasının sahibi Tess ilə tanışlığı vəziyyəti daha da mürəkkəbləşdirir.
2017-ci ildə ABŞ-da istehsal olunmuş «Biz səni sevirik, Salli Karmaikl!» komediya filminin rejissoru həm də baş rolu canlandıran Kristofer Qoramdır. Ekran əsərində həmçinin Felişa Dey, Pola Marşall və Bitsi Tallok yer alıb.
«Biz səni sevirik, Salli Karmaikl!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 avqust 2017
- Ölkə
- ABŞ
- Rejissor
- Kristofer Qoram
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın