
Cek, ayıq ol!
Qocalar evinin bir qrup ahıl sakini vaxtlarını masaüstü rol oyunları arxasında keçirir. Onların arasında yer alan və demensiyadan əziyyət çəkən Cek adlı qoca günlərin birində müəssisə işçilərindən birinin insan cildinə girmiş iblis olduğuna inanmağa başlayır. Onun fikrincə, bu qaranlıq varlıq qocaların ruhlarını oğurlamaqla məşğuldur.
O, masa yoldaşlarını üzləşdikləri bu böyük təhlükəyə inandırmağı bacarır və təcrübəli oyunçulardan ibarət heyət qurur. Beləliklə, təqaüdçülər xəyali aləmlərdəki təcrübələrini gerçək həyata daşıyaraq həmin şər qüvvəni ifşa etmək və onun qarşısını almaq üçün son dərəcə mühüm bir mübarizəyə atılırlar.
ABŞ istehsalı olan «Cek, ayıq ol!» (Jack Be Nimble) komediya filmi 2022-ci ildə işıq üzü görüb. Ekran əsərinin quruluşçu rejissoru Stiv Uollettdir, əsas rolları isə Bay Lin, Vernon Uells, Culi Enn Preskott və Şon S. Fillips canlandırıblar.
«Cek, ayıq ol!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 15 yanvar 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Stiv Uollett
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 80 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın