
Ata bircə dənədir 3
Qış bayramı ərəfəsində Xavyer və Marisanın ailəsində əsl təlaş hökm sürür. Milad hazırlıqları zamanı azyaşlı uşaqlar Dani və Paula gözlənilmədən atalarının kolleksiyasına daxil olan bayram fiqurunu sındırırlar. Valideynlərindən xəbərsiz həmin əşyanın yenisini tapmaq istəyən uşaqlar onun olduqca nadir və baha qiymətə satılan bir antikvar olduğunu öyrənirlər.
Digər tərəfdən böyük qız Sara sevgilisi Oçodan ayrılır. Yeni pərəstişkardan qətiyyən xoşu gəlməyən Xavyer qızının əvvəlki münasibətini bərpa etmək üçün müdaxilə etməyə çalışır. Ailənin sənətsevər övladı Rosio isə neçə ildir canlandırdığı Müqəddəs Məryəm obrazından məhrum edilərək bu dəfə sadə çoban roluna layiq görüldüyü üçün məyusluq yaşayır.
«Father There Is Only One 3» adlı İspaniya komediyası 2022-ci ildə işıq üzü görüb. Ekran əsərinin quruluşçu rejissoru və baş rol ifaçısı Santyaqo Sequradır. Layihədə həmçinin Toni Akosta, Martina Valeria de Antioquía və Kalma Sequra çəkiliblər.
«Ata bircə dənədir 3» onlayn izlə
Baxış ardıcıllığı
«Father There Is Only One» — bütün hissələrFilm haqqında
- Buraxılış tarixi
- 12 iyul 2022
- Ölkə
- İspaniya
- Rejissor
- Santyaqo Sequra
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 99 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın