
Las-Veqasda boşanma
ABŞ-dakı təhsil səfəri zamanı on səkkiz yaşlı Lorenzo və Elena hallüsinogenlərin təsiri altında Las-Veqasda gözlənilmədən evlənirlər. Bu hadisədən sonra onların əlaqəsi kəsilir və gənclər düz iyirmi il bir-birini görmürlər.
İllər sonra uğurlu iş qadınına çevrilən Elena varlı bir şəxslə ailə qurmağa hazırlaşır. Lakin gənclikdə bağlanmış nikahın hələ də hüquqi qüvvədə qaldığı məlum olur. Qadın Lorenzonu tapır və onlar keçmiş rəsmiyyəti ləğv etmək üçün hamıdan gizlin yenidən Las-Veqasa yola düşməli olurlar.
«Las-Veqasda boşanma» (Divorzio a Las Vegas) adlı İtaliya istehsalı komediya filmi rejissor Umberto Riççioni Karteni tərəfindən çəkilib və 2020-ci ildə nümayiş olunub. Baş rolları Campaolo Morelli, Andrea Deloqu, Rikki Memfis və Qratsiya Skyavo canlandırıblar.
«Las-Veqasda boşanma» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 oktyabr 2020
- Ölkə
- İtaliya
- Rejissor
- Umberto Riccioni Carteni
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın