
Gələn və gedən insanlar
İstedadlı memar Beanın böyük şirkətdəki uğurlu karyerası və həmkarı Viktorla toy hazırlıqları yolunda gedirdi. Lakin nişanlısının məşhur televiziya aparıcısı ilə xəyanəti qızın bütün planlarını alt-üst edir. Baş verən qalmaqal ucbatından Bea eyni gündə həm sevgilisini, həm də işini itirir.
Əlində heç nə qalmayan gənc qadın şəhəri tərk edərək doğma kəndinə üz tutur. O, qəribə xasiyyətli ailəsinin yanına sığınaraq aldığı zərbəni unutmağa və həyatına sıfırdan başlamağa çalışır.
«Gələn və gedən insanlar» (Gente que viene y bah) komediya filmini rejissor Patrisiya Font lentə alıb. İspaniya istehsalı olan 2019-cu il ekran əsərində baş rolları Klara Laqo, Alexandro Qarsiya, Aleksandra Ximenes və Paula Maliya canlandırıb.
«Gələn və gedən insanlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 yanvar 2019
- Ölkə
- İspaniya
- Rejissor
- Patrisiya Font
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 97 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın