
La liceale al mare con l'amica di papà
Yaşlaşmaqda olan qadın ovçusu Massimo Kastaldi xanımı və yeniyetmə qızı Sonya ilə dəniz kənarına dincəlməyə yollanır. Bu ailəvi tətil onun gənc sevgilisi Laura ilə müvəqqəti ayrılığına səbəb olur. Lakin Laura tez bir zamanda çıxış yolu tapır və imtahanlardan kəsilən Sonyaya guya dərs vermək üçün rahibə qismində onların arxasınca kurorta gəlir.
Məxfi görüş planları gözlənilməz təhlükə ilə üzləşir. Varlı ailəni hədəf seçən iki fırıldaqçı külli miqdarda fidyə almaq xatirinə onlardan kimisə qaçırmaq qərarına gəlir. Ailənin üç üzvü olduğundan, bu bacarıqsız cani cütlüyü hər bir nəfəri ayrı-ayrılıqda oğurlamaq üçün üç dəfə cəhd göstərir.
1980-ci il istehsalı olan bu İtaliya komediya filminin rejissoru Marino Cirolamidir. «La liceale al mare con l'amica di papà» filmində baş rolları Renso Montanyani, Mariza Mell, Alvaro Vitali və Canni Çardo canlandırıblar.
«La liceale al mare con l'amica di papà» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 dekabr 1980
- Ölkə
- İtaliya
- Rejissor
- Marino Girolami
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Orijinal
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın