
Həddi aşmış qadınlar
Dörd qadın şəxsi həyatında və gündəlik işlərində fərqli problemlərlə üzləşir. Tənha Leandra ailə qurmaq və uşaq sahibi olmaq arzusundadır, lakin hələ ki bir münasibəti yoxdur. Onun iki uşaq anası olan bacısı Sonya isə ailə qayğılarından uzaqlaşıb rəfiqəsi Marinati ilə birlikdə əylənmək istəyir.
İşinə həddindən artıq bağlı olan vəkil Marinatinin karyerası yüksəlişdə olduğu bir ərəfədə qarşısına yeni bir sevgi çıxır. Eyni zamanda onun rəhbərliyi altında çalışan Keka isə dağılmaqda olan evliliyini xilas etmək ümidi ilə çıxacağı tətil öncəsi ciddi həyəcan keçirir.
«Mulheres Alteradas» adlı Braziliya komediya filmi 2018-ci ildə rejissor Luis Pinyeyro tərəfindən çəkilib. Baş rolları Debora Sekku, Alessandra Neqrini, Monika İottsi və Mariya Kasadevall canlandırıblar.
«Həddi aşmış qadınlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 29 may 2018
- Ölkə
- Braziliya
- Rejissor
- Luis Pinyeyro
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın