
T'as pécho?
On beş yaşlı Artur məktəbdə oxuyan Uassimaya ilk baxışdan vurulur, lakin qız ona heç məhəl də qoymur. Həyatında heç vaxt sevgilisi olmayan yeniyetmədən fərqli olaraq, Uassima məktəbin ən populyar oğlanı Mett ilə görüşür. Qıza yaxınlaşmaq istəyən Artur maraqlı bir çıxış yolu düşünür.
O, qızlarla ünsiyyətdə çətinlik çəkən digər dostlarını başına toplayır. Yeniyetmələr hər saat üçün on avro ödəmək şərtilə Uassimadan qızları cəlb etməyin sirlərini öyrənməyə başlayırlar. Bu qeyri-adi romantika dərsləri isə üzgüçülük hovuzunun paltardəyişmə otağında təşkil olunur.
Fransa istehsalı olan «T'as pécho?» komediya filminin rejissoru Adeline Picault-dur. 2020-ci ildə ekranlara çıxan lentdə əsas rolları Paul Kircher, Inès d'Assomption, Ramzy Bedia və Vincent Macaigne canlandırıb.
«T'as pécho?» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 29 iyul 2020
- Ölkə
- Fransa
- Rejissor
- Adeline Picault
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın