
Xeyirxax kral Daqober
Tarix dərsində fikri başqa yerdə olan məktəbli müəllimin söylədiklərinə qulaq asmır. Şagirdin diqqətsizliyini görən müəllim ondan bəhs edilənləri təkrar etməsini istəyir. Cavab verə bilməyən yeniyetmə cəza olaraq növbəti dərsə qədər kral Daqoberin həyatı barədə ətraflı məruzə hazırlamaq tapşırığı alır.
Evə qayıdan gənc Bebe dərsliklərin arxasında əyləşsə də, təxəyyülü onu tamam başqa səmtə aparır. Bu vaxt oğlunun dərsləri ilə maraqlanmaq üçün otağa daxil olan ata fərqinə varmadan uşağın uydurmalarının mərkəzinə çevrilir. Məktəbli öz atasını kral taxtına oturdaraq ona müxtəlif saray intriqaları və gülməli macəralar quraşdırır, ananın gəlişi isə bu xəyali aləmi daha da dolaşıq edir.
1963-cü ildə ekranlara çıxan «Le bon roi Dagobert» komediya filmi Fransa və İtaliyanın birgə istehsalıdır. Ekran əsərinin quruluşçu rejissoru Pyer Şevalyedir, əsas rolu isə Fernandel ifa edir. Layihədə həmçinin Cino Çervi, Dario Moreno və Marta Merkadye çəkiliblər.
«Xeyirxax kral Daqober» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 noyabr 1963
- Rejissor
- Pyer Şevalye
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar ikisəsli
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın