
Əvvəlki Kimi Dostlar
Çezare Proyetti uzun müddət Milanın dəbdəbəli «Relais Colombo» hotelində idarəçi vəzifəsində çalışıb. Lakin müəssisəyə çinli şəriklərin gəlişi ilə vəziyyət dəyişir: hotelin əsas sahibinin qızı Luçana ilk iş olaraq Çezareni işdən azad edir. Gəlir mənbəyini itirən kişi ailəsini dolandırmaq üçün təcili çıxış yolu axtarmağa məcbur qalır.
Tezliklə o öyrənir ki, Luçana şıltaq və yaşlı atası Massimo üçün yüksək maaşlı qulluqçu axtarışındadır. Fürsəti əldən vermək istəməyən Çezare doğmalarından gizlin qadın paltarı geyinir, özünü Liza kimi təqdim edir və keçmiş müdirinə qulluq etmək üçün işə düzəlir.
«Amici come prima» adlı İtaliya komediyasının rejissor kürsüsündə Kristian De Sika və Brando De Sika əyləşib. 2018-ci il istehsalı olan bu filmdə baş rolları Massimo Boldi, Kristian De Sika, Recina Orioli və Mauritsio Kazaqrande canlandırıblar.
«Əvvəlki Kimi Dostlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 dekabr 2018
- Ölkə
- İtaliya
- Rejissor
- Kristian De Sika, Brando De Sika
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın