
İnvestorlar
Əyalətdəki avtomobil zavodunun satılması səbəbindən işsiz qalan üç dost böyük məbləğdə təzminat alır. Gələcək planları barədə düşünmək istəməyən yoldaşlar paytaxt Buxarestə yollanaraq qazandıqları pulun bir hissəsini xərcləmək qərarına gəlirlər. Şəhərdə bahalı maşın icarəyə götürən və qəşəng kostyumlar alan qəhrəmanlar hər kəsə özlərini zəngin adamlar kimi təqdim edirlər.
Səhəri gün evə qayıdarkən başları dumanlı olan dostlar yolu səhv salırlar və yanacaqları bitdiyi üçün Pəltiçen adlı kiçik şəhərin yaxınlığında qalırlar. Dəbdəbəli geyimləri və avtomobilləri yerli məmurların diqqətindən yayınmır. Nəticədə şəhər rəhbərliyi təsadüfi qonaqları çoxdandır gəlişini gözlədikləri nüfuzlu xarici investorlar zənn edir.
Rumıniya istehsalı olan «Inve$titorii» adlı komediya filmi rejissor Yura Lunkaşu tərəfindən çəkilib və 2021-ci ildə nümayiş olunub. Ekran əsərində baş rolları Raluka Aprodu, Andrey Matyo, Eliza Kalin və Adrian Aleksandru Bumbes canlandırıblar.
«İnvestorlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 5 noyabr 2021
- Ölkə
- Rumıniya
- Rejissor
- İura Luncașu
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın