
Kölgələrin arxasında
Dreksler Faustun rəhbərlik etdiyi televiziya heyəti fövqəltəbii hadisələrə həsr olunmuş məşhur realiti layihəsi hazırlayır. Əslində isə yaradıcı heyət qarabasmalara inanmır və yüksək reytinq xatirinə ekrandakı bütün qorxunc təmasları qurama hiylələrlə canlandırır. Növbəti yayım üçün onlar yerli hinduların vaxtilə qətlə yetirildiyi ərazidə yerləşən «Chetco River Lodge» hotelini seçirlər.
Komanda xüsusi canlı yayımı maraqlı etmək məqsədilə özləri ilə bərabər skeptik alimləri, sadiq pərəstişkarları və bir mediumu da məkana aparır. Çəkiliş prosesi başlayanda isə qurama oyun qəfil pozulur. Məlum olur ki, seçilmiş bu qədim məkanda ruhlar uydurma deyil və onlar həqiqətən də mövcuddur.
ABŞ istehsalı olan «Beyond the Shadows» komediya və qorxu filmini Devid Ceyms Qustafson çəkib. 2020-ci il ekran əsərində əsas rolları Tayler Roy Roberts, Sem Oliv, Veston Hedin və Derrik Vudrin ifa ediblər.
«Kölgələrin arxasında» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 oktyabr 2021
- Ölkə
- ABŞ
- Rejissor
- Devid Ceyms Qustafson
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın