
Uşaqsız
Boşanmış Fidel bütün diqqətini doqquz yaşlı qızı Arinin tərbiyəsinə yönəldib. Günlərin birində onun yoluna gənclik illərindən bəri sevdiyi Marina çıxır və ikili arasında yenidən səmimi hisslər yaranır.
Çox keçmədən Fidel sevgilisinin uşaqlara heç dözə bilmədiyini və övladı olan insanlarla münasibət qurmaq istəmədiyini öyrənir. Qadını itirməkdən qorxan ata qızının varlığını gizlətməyə məcbur olur. Məsələni yoluna qoymaq üçün balaca qız atasının kiçik bacısı roluna girməyə razılıq verir.
«Sin hijos» adlı meksika istehsalı komediya və melodram filmi rejissor Roberto Fiesko tərəfindən çəkilib. Ekran işi 2020-ci ildə işıq üzü görüb. Əsas rollarda Alfonso Dosal, Rexina Blando, Françeska Merkadante və Xorxe Munyis çəkiliblər.
«Uşaqsız» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 iyul 2020
- Ölkə
- Meksika
- Rejissor
- Roberto Fiesko
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın