
Enni - həyat davam edir
Tibb bacısı işləyən Enninin ailə həyatı uzun müddətdir birrəngli keçir. Qayğıkeş, lakin darıxdırıcı əri Ralf ilə aralarında ehtiras qalmayıb, on beş yaşlı qızları Kora isə qapalı xasiyyəti ilə seçilir. Rəfiqəsi ilə birgə spa-oteldə dincəlməyə yollanan Enni burada içkinin təsiri altına düşür və yerli fitnes məşqçisi ilə gecəni birlikdə keçirir.
Evə qayıtdıqdan bir müddət sonra qadın gözlənilməz xəbərlə üzləşir: o, hamilədir. Bu qısamüddətli hadisə onun adi ailə mühitini darmadağın edir və Enni həyatını qaydaya salmaq üçün çətin vəziyyətdən çıxış yolu axtarmalı olur.
2020-ci il istehsalı olan «Annie - kopfüber ins Leben» komediya filminin rejissoru Martin Enlendir. Ekran əsərində baş rolları Bernadette Heerwagen, Thomas Loibl, Antonia Fulss və Eugene Boateng canlandırıblar.
«Enni - həyat davam edir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 mart 2020
- Ölkə
- Almaniya
- Rejissor
- Martin Enlen
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın