
Paint
İncəsənət məktəbini indicə bitirən Den, Kelsi və Kuinn Nyu-Yorkun yaradıcı mühitində özlərinə yol açmaq istəyirlər. Çox keçmir ki, gənclər böyük şəhərin romantik təsəvvürlərdən xeyli uzaq olduğunu və diplomun uğur qazanmağa zəmanət vermədiyini anlayırlar. Sərt reallıqla üzləşən dostlar qalereyaların diqqətini çəkmək üçün fərqli üsullara əl atırlar.
Üçlükdən hər biri şöhrətə doğru fərdi cığır seçir. Həqiqi sənətin iztirab və qəlibləri sındırmaqdan ibarət olduğunu düşünən Den, axtardığı ilhamı tapmaq üçün qeyri-adi bir addım atır. O, çılpaq poza verməsi üçün öz anasına müraciət edir.
2020-ci il istehsalı olan «Paint» komediya filminin rejissoru Maykl Uolkerdir. ABŞ istehsalı olan ekran işində baş rolları Ostin Pendlton, Coş Barklay Karas, Oliviya Lukkardi və Paul Cooper canlandırıblar.
«Paint» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 avqust 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Maykl Uolker
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın