
Get Up
Əkiz bacılar Aleks və Yuli üçün skeytbord sadəcə hobbi deyil, gündəlik həyatın ayrılmaz hissəsidir. Lakin məktəbi bitirdikdən sonra gələcək planları fərqli istiqamət alır. Yuli buraxılış imtahanlarını əla qiymətlərlə verərək Londonda təcrübə keçməyə hazırlaşır, imtahanları uğursuz başa vuran Aleks isə peşəkar skeyter olmağı qarşısına məqsəd qoyur.
Böyük bir skeytbord yarışının keçiriləcəyini öyrənən Aleks bu fürsəti qaçırmaq istəmir. O, bacısı Yulini, rəfiqələri Evanı və bu sahədə yeni olan Niyanı bir araya gətirərək «GetUp» adlı komanda qurur. Hazırladıqları seçim videosu uğurlu alınır və qızlar əsas mükafat uğrunda yarışmaq hüququ qazanırlar.
«Get Up» filmi 2023-cü ildə Almaniyada Lea Beker tərəfindən çəkilib. Komediya janrında olan filmin baş rollarını Lena Mantler, Lisa Mantler, Sinye İrslinger və Yobel Mokonzi canlandırır.
«Get Up» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın