
Romada ayrılıq günləri
Yazıçı Tommazo jurnalda gizli təxəllüslə sevgi məsləhətləri rubrikasını idarə edir. Günlərin birində ona ünvanlanan məktubların arasında uzun illər birlikdə olduğu sevgilisi Zoyanın yazısı çıxır. Sevgilisinin bu işindən xəbərsiz olan qadın münasibətlərini qarşı tərəfi incitmədən necə bitirə biləcəyini öyrənmək istəyir.
Eyni zamanda Tommazonun dostu Umberto da ailə problemləri ilə üzləşir. Umbertonun həyat yoldaşı Elena Romanın meri seçilib və evdəki vəzifələrin dəyişməsi ərinə ağır gəlir. Hər iki cütlük çətin vəziyyətlə qarşılaşır və gələcəkləri ilə bağlı vacib qərarlar verməli olurlar.
«Lasciarsi un giorno a Roma» filminin rejissoru və baş rol ifaçısı Edoardo Leodur. İtaliya və İspaniyanın birgə istehsalı olan ekran işi 2022-ci ildə işıq üzü görüb. Digər rolları Marta Nyeto, Klaudiya Cerini və Stefano Frezi canlandırıblar.
«Romada ayrılıq günləri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 noyabr 2021
- Rejissor
- Edoardo Leo
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 112 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın