
Deyv
ABŞ prezidenti Mitçell sevgilisi ilə görüşdüyü vaxt qəfil insult keçirir. İctimaiyyətin bu hadisədən xəbər tutmasını istəməyən dövlət başçısının köməkçiləri Bob Aleksander və Alan Rid təcili çıxış yolu axtarırlar. Nəticədə onlar prezidentə zahirən əkiz qədər bənzəyən və işə qəbul agentliyinə rəhbərlik edən sadə vətəndaş Deyv Koviki ölkə rəhbərini əvəz etməyə razı salırlar.
Köməkçilər bu oxşarlıqdan istifadə edərək vitse-prezidenti sıxışdırmaq və adi vətəndaşların sosial hüquqlarını təmin edən qanun layihəsini ləğv etmək niyyətindədirlər. Lakin Deyv olduqca dürüst və mərhəmətli insandır. O, qısa müddətdə Ağ Evdə qurulan siyasi oyunları başa düşür və dövlət məmurlarının planlarına boyun əyməyərək öz prinsipləri ilə hərəkət etməyə başlayır.
«Deyv» filmi 1993-cü ildə rejissor Ayvan Raytman tərəfindən ABŞ-da çəkilib. Komediya və melodram janrındakı ekran əsərində baş rolları Kevin Klayn, Siqurni Uiver, Frenk Landcella və Kevin Dann canlandırıb.
«Deyv» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 may 1993
- Ölkə
- ABŞ
- Rejissor
- Ayvan Raytman
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 110 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatıNominasiya · 1994
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın