
Paris. Hər şey daxil
Tridan bütün ömrünü Meksikadakı kurort zonasında keçirib və elə orada da çalışır. Əlli yaşı tamam olanda o, doğma mühitini tərk edərək Fransaya yollanmaq qərarına gəlir. Səfərin əsas səbəbi isə uşaqlıqda könül verdiyi Violettanı tapmaq arzusudur.
Paytaxta çatan Tridan varlığından təzəcə xəbər tutduğu ögey qardaşı Luinin mənzilində məskunlaşır. Gözlənilməz qonaq tezliklə ev sahibini təngə gətirir. Qardaşından yaxa qurtarmaq istəyən Lui tanış qadından xahiş edir ki, özünü həmin axtarılan Violetta kimi qələmə versin.
«Paris. Hər şey daxil» komediya filmi 2023-cü ildə Fransa və Belçika birgə istehsalı kimi təqdim edilib. Ekran əsərinin quruluşçu rejissoru və baş rol ifaçısı Deni Bundur. Filmdə həmçinin Kad Merad, Şarlotta Gensbur və Maksim Qastoy çəkiliblər.
«Paris. Hər şey daxil» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın