
Super Dayə 2
Frenk sevgilisi Sonya ilə birlikdə Braziliyaya yollanaraq ona evlilik təklifi etməyi planlaşdırır. Cütlük dostları ilə birgə qızın varlı atasının dəbdəbəli otelində məskunlaşır. Lakin qızın atasının rəğbətini qazanmaq cəhdləri dəliqanlı dostların ucbatından gözlənilməz problemlərlə nəticələnir.
Əsl qarışıqlıq isə dostların təbiət qoynuna ekskursiyaya çıxması ilə başlayır. Qızın atası fürsətdən istifadə edərək deyingən və səs-küylü nənəsini də onlara qoşur. Amazonun sıx meşələrində azıb qalan bu qəribə dəstə cəngəllikləri alt-üst edən silsilə məzəli hadisələrin mərkəzinə düşür.
2015-ci ildə ekranlara çıxan «Super Dayə 2» (Babysitting 2) Fransada istehsal olunmuş komediya filmidir. Ekran əsərinin rejissorluğunu Nikolya Benamu və Filipp Laşo paylaşıb. Əsas rollarda Filipp Laşo, Alis David, Vensan Dezanlya və Tarek Budali çıxış edir.
«Super Dayə 2» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 oktyabr 2015
- Ölkə
- Fransa
- Rejissor
- Nikolya Benamu, Filipp Laşo
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, Профессиональный (дублированный)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın