
Şəhərətrafı
Rey məzuniyyətini evində keçirməyi, qəzet oxuyub dincəlməyi planlaşdırırdı. Lakin qonşuluğa yeni köçən Klopek ailəsi onun bütün sakitliyini pozur. Heç kimlə ünsiyyət qurmayan bu qəribə adamlar küçəyə çıxmır, gecələr isə onların zirzəmisindən anlaşılmaz səslər eşidilir.
Hər kəsin bir-birini yaxşı tanıdığı bu yerdə təzə qonşuların qapalı həyatı tezliklə şübhə doğurur. Ərazidə yaşayan qoca Uolter yoxa çıxdıqda isə Rey və digər iki qonşusu məsələni araşdırmaq qərarına gəlirlər. Onlar qocanın itməsində Klopek ailəsinin əli olduğuna inanırlar.
1989-cu il istehsalı olan «The 'Burbs» komediya trilleri rejissor Co Dante tərəfindən ABŞ-da çəkilib. Baş rollarda Tom Henks, Bryus Dern, Kerri Fişer və Rik Dukomman çıxış edirlər.
«Şəhərətrafı» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın