
Ünvansız qız
Qatarla səfər edən gənc inşaatçı Paşa Qusarov yolda Katya İvanova adlı bir qızla tanış olur. Əvvəlcə onların münasibətləri heç də rəvan başlamır, lakin yolun sonuna doğru hər ikisi bir-birindən ayrılmaq istəmədiyini anlayır. Qatardan fərqli qapılardan enən gənclər dəmiryolu vağzalının basabasında bir-birini itirirlər.
Əlində heç bir koordinat olmayan Paşa böyük paytaxt küçələrində Katyanı tapmaq üçün axtarışa başlayır. Ən böyük çətinlik isə sevdiyi qızın ölkədə ən çox yayılan ad və soyada sahib olmasıdır. Beləliklə, oğlan nəhəng Moskvada müxtəlif gülməli və qəribə macəralarla üzləşərək axtarışını davam etdirir.
1958-ci ildə ekranlara çıxan «Ünvansız qız» («Девушка без адреса») filmi SSRİ istehsalı olan melodram və komediya janrındadır. Ekran əsərinin rejissoru Eldar Ryazanovdur, baş rolları isə Svetlana Karpinskaya, Nikolay Rıbnikov, Erast Qarin və Vasili Toporkov canlandırıblar.
«Ünvansız qız» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 mart 1958
- Ölkə
- SSRİ
- Rejissor
- Eldar Ryazanov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın