
Dəli gün, yaxud Fiqaronun evlənməsi
Qraf Almavivanın xidmətçisi olan hazırcavab Fiqaro qrafinya Rozinanın xidmətçisi Süzanna ilə evlənməyə hazırlaşır. Gənclər toy gününü səbirsizliklə gözləsələr də, qarşılarına gözlənilməz maneə çıxır. Qraf bu nikahın baş tutmasını əngəlləmək niyyətindədir.
Ev sahibi Süzannanı öz sevgilisinə çevirmək üçün müxtəlif yollara əl atır və toyu pozmağa çalışır. Sevdiyi qadını qorumaq istəyən Fiqaro isə ağasının planlarını puç etmək üçün bütün ağlını və bacarığını işə salır. Nəticədə malikanədə saysız-hesabsız intriqalar və dolaşıq hadisələr baş verir.
«Dəli gün, yaxud Fiqaronun evlənməsi» adlı komediya filmi 1974-cü ildə SSRİ-də lentə alınıb. Ekran əsərinin quruluşçu rejissorları Valentin Pluçek və Vladimir Xramovdur. Əsas rolları Andrey Mironov, Aleksandr Şirvindt, Vera Vasilyeva və Nina Korniyenko canlandırıblar.
«Dəli gün, yaxud Fiqaronun evlənməsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 avqust 1974
- Ölkə
- SSRİ
- Rejissor
- Vladimir Xramov, Valentin Pluçek
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 170 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın