
Flirt edən alim
Tong Pak-Fu Çinin ən məşhur dörd alimindən biri kimi tanınan istedadlı rəssam, şair və filosofdur. Xalq onun səkkiz arvadla firavan və bəxtəvər ömür sürdüyünü düşünsə də, həqiqət tamamilə fərqlidir. Həyat yoldaşları onu hər gün incidib narahat edir, qardaşı isə aramsız olaraq pul istəyərək alimin gününü zəhərə döndərir.
Nüfuzlu bir xanımın himayəsində yaşayan Çou-Heunq adlı qadınla qarşılaşdıqda Tongun həyatında yeni ümid yaranır. Lakin həmin xanım vaxtilə Tongun atasından zərər gördüyü üçün onun ailəsinə nifrət bəsləyir və onların bir araya gəlməsinə əsla razılıq verməz. Çou-Heunqun könlünü almaq istəyən alim kimliyini gizlədərək həmin malikanəyə nökər cildində daxil olmağı qərara alır.
1993-cü il istehsalı olan «Flirt edən alim» filmi Çin və Honq Konq kinematoqrafçılarının birgə işidir. Komediya janrındakı ekran əsərinin rejissoru Li Lik-Çidir, əsas rolları isə Coy Lün, Tin Yi Qa, Yuen Kin-Tan və Lam Vay canlandırıb.
«Flirt edən alim» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın