
Rəqs kraliçası
Artıq qırx yaşa yaxınlaşan Con-min və Con-hva cütlüyü həyatda hələ də ciddi bir uğur qazana bilməyib. Ərinin kiçik biznesi olsa da, ailəni əsasən uzun illərdir aerobika təlimatçısı işləyən xanımı saxlayır. Lakin Con-minin metroda relslərə yıxılan bir nəfəri xilas etməsi onların adi gedişatını tamamilə dəyişir.
Bu hərəkətindən sonra o, səhəri gün bütün ölkənin qəhrəmanına çevrilir. Kişini televiziya verilişlərinə dəvət edir, hətta qarşıdakı mer seçkilərinə namizədliyini irəli sürməyi təklif edirlər. Gözlənilməz şöhrətin təsiri altına düşən Con-min həyat yoldaşının da taleyində başlayan böyük yenilikləri vaxtında görə bilmir.
«Rəqs kraliçası» («Daensing kwin») adlı Cənubi Koreya filmi 2012-ci ildə ekranlara çıxıb. Komediya və melodram janrındakı ekran əsərinin rejissoru Li Sok-hundur. Əsas rolları Ma Don-sok, Yo Mu-yon, Son Byon-suk və Pak Sa-ran ifa ediblər.
«Rəqs kraliçası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2012
- Ölkə
- Cənubi Koreya
- Rejissor
- Li Sok-hun
- Keyfiyyət
- 480p
- Tərcümədə
- GREEN TEA
- Müddət
- 124 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın