
Qadınları qoruyun
«Tsiklon» gəmisində bütün heyət gənc qızlardan təşkil olunub və onlar öz vəzifələrini layiqincə yerinə yetirirlər. Günlərin birində bu qeyri-adi kollektivin arasına Yevgeni adlı gənc təcrübəçi-jurnalist göndərilir. O, qızlar haqqında maraqlı reportaj hazırlamaq üçün gəmiyə aşpaz cildində daxil olur.
Yevgeninin mətbəx işlərindən və yemək bişirməkdən heç bir anlayışı yoxdur. Aşpazın səriştəsizliyi tezliklə üzə çıxır və hazırlanan yeməklər böyük narazılıq doğurur. Nəticədə gənc jurnalistlə qadın heyəti arasındakı münasibətlər pisləşir və vəziyyət getdikcə mürəkkəbləşir.
«Qadınları qoruyun» musiqili komediya filmi 1981-ci ildə SSRİ-də lentə alınıb. Ekran əsərinin quruluşçu rejissorları Viktor Makarov və Aleksandr Polınnikovdur. Baş rolları Andrey Qradov, Marina Şimanskaya, Svetlana Penkina və Qalina Venevitinova canlandırıblar.
«Qadınları qoruyun» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 oktyabr 1981
- Ölkə
- SSRİ
- Rejissor
- Viktor Makarov, Aleksandr Polınnikov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın