
Mətbəx. Son döyüş
Haker proqramları və şifrələrlə məşğul olan İvanın həyatı fransız əsilli Anna ilə tanışlıqdan sonra başqa istiqamət alır. Çılğın xarakterli bu qız Fransanı təmsil etmək üçün Soçidə keçirilən Dünya Aşpazlıq Çempionatına yollanır. İvan da eyni yarışda Rusiya komandasının heyətində yer almaq qərarına gəlir.
Turnir gedişində gənc oğlan bir tərəfdən yeni tapdığı atası, məşhur şef Viktor Barinovla münasibətlərini qaydaya salmalı, digər tərəfdən isə onun mətbəx komandası ilə dil tapmalıdır. Üstəlik, Müdafiə Nazirliyinin saytını sındırdığı üçün həbs olunmaq təhlükəsi var və Abxaziyanın dağ kəndində məcburi evləndirilən teleaparıcı Dmitri Nağıyevə kömək etmək lazımdır.
«Mətbəx. Son döyüş» adlı komediya filmi 2017-ci ildə Rusiyada çəkilib. Rejissor Anton Fedotovun ekranlaşdırdığı layihədə Oleq Tabakov, Andrey Malaxov, Sergey Çudakov və Sergey Epişev rol alıblar.
«Mətbəx. Son döyüş» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2017
- Ölkə
- Rusiya
- Rejissor
- Anton Fedotov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Оригинал
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın