
Gözəllik salonu
İstedadlı bərbər Cina Norris qızının nüfuzlu musiqi məktəbində təhsil alması naminə Çikaqodan Atlantaya köçür. O, şəhərin dəbdəbəli salonlarından birində işə düzəlir və tezliklə öz bacarığı ilə hər kəsi heyran qoyur. Lakin xudpəsənd müdir Cinanın uğurlarını öz adına çıxmağa başlayanda, qadın həmkarı ilə birlikdə oranı tərk edir və şəxsi biznesini qurmağa qərar verir.
Cina köhnə bir məkan alaraq öz bərbərxanasını açır, lakin bu yerlə bərabər ona inadkar işçilər, şıltaq müştərilər və pianoda ifa edən cazibədar elektrik ustası da nəsib olur. Arzusuna çatmaq üçün baş qəhrəman çoxsaylı çətinliklərlə qarşılaşsa da, qarşısına qoyduğu məqsəddən geri çəkilmək niyyətində deyil.
«Beauty Shop» adlı komediya filmi 2005-ci ildə ABŞ-da istehsal olunub. Rejissor Bille Vudraffun çəkdiyi bu kinoda Cimon Honsu, Melissa Uayler, Sara Kuper və Qolden Bruks kimi aktyorlar yer alıb.
«Gözəllik salonu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2005
- Ölkə
- ABŞ
- Rejissor
- Bille Vudraff
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Профессиональный (многоголосый закадровый)
- Müddət
- 105 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın