
Nagykarácsony
Yanğınsöndürən Arnold özünə inamı və işinə sevgisi ilə seçilən şən bir insandır. Lakin sevdiyi qadına evlilik təklifi edib rədd cavabı aldıqdan sonra vəziyyət dəyişir. Yaşadığı sarsıntı nəticəsində onda qarabasmalar və hündürlük qorxusu yaranır. Vəzifəsini əvvəlki kimi yerinə yetirə bilmədiyi üçün onu müvəqqəti olaraq Milad yarmarkasına növbətçi göndərirlər və bu təyinat onun heç ürəyincə olmur.
Yarmarkada o, şagirdləri ilə birlikdə bayram tamaşası hazırlayan məktəb müəllimi Ester ilə qarşılaşır. Esterlə ünsiyyət Arnoldun daxili vəziyyətinə müsbət təsir göstərməyə başlayır. Məhz onun sayəsində qəhrəman addım-addım qorxusuna qalib gəlir və qəlbindəki yaraları sağaldır.
Macarıstan istehsalı olan bu romantik komediya filmi 2021-ci ildə işıq üzü görüb. Ekran əsərinin rejissoru Daniel Tisekredir. Baş rolları Tamaş Dunai, Emöke Ziqmund, Tamaş Sabo və Petra Hartai canlandırıblar.
«Nagykarácsony» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2021
- Ölkə
- Macarıstan
- Rejissor
- Dániel Tiszeker
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Amedia
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın