
Maison de retraite
Milan həbsxanadan yaxa qurtarmaq üçün məcburi qaydada qocalar evinə göndərilir və burada üç yüz saat ictimai iş yerinə yetirməlidir. Gənc oğlan qısa müddətdə müəssisənin yaşlı sakinləri ilə dil tapır. Təqaüdçülər də ona böyük rəğbət bəsləyərək öz doğma nəvələri kimi yanaşmağa başlayırlar.
Bir müddət sonra Milan rəhbərliyin çirkin əməllərindən xəbər tutur. Məlum olur ki, mərkəzin sahibləri yaşlı insanların zəif durumundan faydalanıb onların pullarını mənimsəyirlər. Haqsızlığa dözə bilməyən Milan bu vəziyyətə göz yummur və qocaların oradan qaçışını təşkil etmək qərarına gəlir.
Fransa və İsveçrə istehsalı olan bu komediya filmi 2022-ci ildə rejissor Toma Jilu tərəfindən çəkilib. Əsas rollarda Marten Potar, Qiyom Buşed, Robert Rotsztein və Mari-Pyer Keysi çıxış edirlər.
«Maison de retraite» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın