
Dul kişi
Gənc və enerjili Alberto Nardi böyük biznes qurmaq həvəsindədir, lakin uğur qazanmaq üçün yetərincə bacarığı və imkanı yoxdur. Təhlükəli planları ucbatından o, tez-tez çətin vəziyyətlərə düşür və böyük problemlərlə üzləşir. Hər dəfə onun köməyinə varlı və ağıllı həyat yoldaşı Elvira çatır.
Lakin ərinin saysız-hesabsız axmaqlıqlarından təngə gələn qadının səbri nəhayət tükənir. Elvira növbəti dəfə Albertodan dəstəyini əsirgəyir və ona heç bir yardım göstərməyəcəyini bildirir. Beləliklə, çarəsiz qalan qəhrəman yaratdığı problemlərlə təkbaşına mübarizə aparmalı olur.
1959-cu ildə İtaliyada çəkilmiş «Il vedovo» («Dul kişi») komediyasının rejissoru Dino Rizidir. Baş rollarda Alberto Sordi, Franka Valeri, Livio Lorentson və Nando Bruno çıxış edirlər.
«Dul kişi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın