
Mənim qaraçı dostum
Parisdə yaşayan naşir Vedrinenin nizamlı həyatı kənarda köçəri həyat sürən Pittuiti ailəsi ilə kəsişir. Gənc qaraçı qızı Zita naşirin oğlu Teo ilə görüşməyə başlayır və bir müddət sonra hamilə olduğunu doğmalarına xəbər verir. Bu gözlənilməz hadisə qaraçı ailəsində böyük narazılığa səbəb olur.
İntiqam almaq istəyən ailə qərara gəlir ki, Zitanın qardaşı Bruno da Teonun bacısı Jizeli yoldan çıxarmalıdır. Lakin hadisələr planlaşdırıldığı kimi getmir. Teo ailəsinin sözünə baxmayıb getdikcə idarəolunmaz vəziyyətə düşdüyü halda, Bruno Vedrine ailəsi ilə ünsiyyət qurduqca mədəniləşir və onda yazıçı istedadı üzə çıxır.
«Mon pote le gitan» adlı bu fransız komediyası 1959-cu ildə rejissor Fransua Jir tərəfindən çəkilib. Filmin baş rollarında Jan Rişar, Lui de Fönes, Qriqori Xmara və Mişel Sübor çəkiliblər.
«Mənim qaraçı dostum» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 dekabr 1959
- Ölkə
- Fransa
- Rejissor
- Fransua Jir
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Orijinal, Həvəskar çoxsəsli
- Müddət
- 87 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın