
Parça
Min il bundan əvvəl hökmdara zövcə olmaq uğrunda toxucular arasında keçirilən yarış qətllə nəticələnir. İddiaçılardan biri olan Anyananq Xomnuan boğularaq öldürülür və hadisə yerində yalnız boynundakı ipək izinə rast gəlinir. Müasir dövrdə isə qeyri-adi hadisələrdən bəhs edən onlayn proqramın aparıcısı Açhi dostları ilə birgə yeni çəkiliş üçün Çianqmaya üz tutur.
Böyük nənəsinin xəbərdarlıqlarına məhəl qoymayan gənc anbara daxil olur və qədim parça kəsiyinə toxunur. Nəticədə Xomnuanın ruhu oyanır və Açhi ilə yoldaşlarının qarşısına şərt qoyur: qədim cinayətin sirrini üç gün ərzində açmasalar, onları labüd ölüm gözləyir.
«The Fabric» filmi 2022-ci ildə Tailandda komediya, dəhşət və mistika janrlarının vəhdətində lentə alınıb. Layihənin rejissor kürsüsündə Palm Patchakrit Taychati və Too Aussada Likitboonma əyləşib. Baş rolları isə Wee Weeraya Zhang, War Wanarat Ratsameerat, Yin Anan Wong və Mobile Pimrapat Phadungwatanachok paylaşıb.
«Parça» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın