
Qovaq tükü
Verxnekamsk şəhərində yaşayan Saşa valyutadəyişmə məntəqəsində mühafizəçi işləyir və özünü tamamilə uğursuz biri hesab edir. Şəxsi həyatı qaydasına düşməyib, arzuları reallaşmayıb və o, heç kimə lazım olmadığını düşünür. Ümidsizliyə qapılan qəhrəman taleyinə son qoymaq istəsə də, buna təkbaşına cəsarəti çatmır. Çıxış yolu kimi keçmiş arvadının indiki əri olan köhnə tanışından kömək istəyir.
Ən kritik məqamda Saşa bir qadına aşiq olur və onda yenidən yaşamaq həvəsi oyanır. Qəfildən alovlanan bu hisslər hər şeyi qarışdırır. Gənclər birlikdə təhlükəli macəralarla üzləşməli, bir-birlərini xilas etməli və ətrafdakı gözəllikləri yenidən kəşf etməli olurlar.
«Qovaq tükü» («Тополиный пух») komediya filminin rejissorları Artyom Lempert və Kirill Klepalovdur. 2023-cü il Rusiya istehsalı olan ekran əsərində baş rolları Anton Lapenko, Aqlaya Tarasova, Vitali Xayev və Anton Vasilyev canlandırıblar.
«Qovaq tükü» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 avqust 2024
- Ölkə
- Rusiya
- Rejissor
- Artem Lempert, Kirill Klepalov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın