
Ahí te Encargo
Meksikada yaşayan Aleks və Sesiliya cütlüyünün gələcəklə bağlı baxışları üst-üstə düşmür. Aleks uşaq sahibi olmağı çox istəyir, işində irəliləyən Sesiliya isə bütün diqqətini karyerasına yönəldir. Həmin vaxtlarda tanış bir ofisiant qadın balaca oğlu Alanı üç günlüyə ona əmanət etməyi Aleksdən xahiş edir.
Körpəni gizlicə evə gətirən kişinin bu addımı tezliklə arvadına məlum olur və bu, aralarında narazılıq yaradır. Sesiliya uşağın dərhal geri verilməsini tələb etsə də, təyin olunmuş vaxt gəlib çatdıqda anadan heç bir xəbər çıxmır.
2020-ci il istehsalı olan «Ahí te Encargo» filmini rejissor Salvador Espinosa çəkib. Romantik komediya janrındakı ekran əsərində əsas rolları Tato Aleksander, Moises Arismendi, Kriziya Bayos və Fernando Beserril canlandırıblar.
«Ahí te Encargo» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 oktyabr 2020
- Ölkə
- Meksika
- Rejissor
- Salvador Espinosa
- Keyfiyyət
- 720p
- Tərcümədə
- MuzoBoz
- Müddət
- 111 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın