
İsa məni sevir
Otuz yaşlı Mariya uzun müddətdir ki, axtardığı insanı tapa bilmir. Nəhayət, onun qarşısına Fələstindən gəlmiş Yeşua adlı gənc çıxır. Yeni tanışı xeyirxahlığı, diqqətcilliyi və yaraşıqlı siması ilə dərhal Mariyanın diqqətini cəlb edir. Lakin bu adamın qəribəlikləri də az deyil: o, dağınıq saçlarla gəzir, indiyə qədər pomidor görməyib və tanımadığı insanların ayaqlarını yumağı adi hal sayır.
Qız sevgi axtarışında olsa da, Yeşuanın yer üzündə tamamilə başqa bir məqsədi var. O, bəşəriyyəti gələn həftənin çərşənbə axşamı baş verəcək qiyamət gününə hazırlamaq üçün gəlib. Hadisələr cərəyan etdikcə Mariya sirli dostunun əslində kim olduğunu anlamağa başlayır.
«Jesus liebt mich» komediya filmi 2012-ci ildə Almaniyada çəkilib. Ekran əsərinin rejissoru həm də baş rol ifaçısı olan Florian David Fitzdir. Filmdə digər əsas obrazları Cessika Şvarts, Henri Hiybxen və Hannelore Elsner canlandırıblar.
«İsa məni sevir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 dekabr 2012
- Ölkə
- Almaniya
- Rejissor
- Florian David Fits
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar çoxsəsli, Orijinal, Həvəskar çoxsəsli
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın