
Andhhagadu
Gözləri görməyən və yetim böyüyən Qautam radioda aparıcı işləyir və günlərin birində ona göz köçürüləcəyinə ümid bəsləyir. O, Netra adlı oftalmoloq qadınla tanış olduqdan sonra ona aşiq olur. Sevgisini qazanmaq üçün Qautam görmə qabiliyyətinin olmadığını gizlətməyə və özünü görən biri kimi aparmağa çalışır.
Bu sirr tezliklə üzə çıxsa da, Netra gəncə dəstək olmaq qərarına gəlir və onun üçün uyğun donor tapır. Cərrahi əməliyyat uğurla nəticələnir və Qautam ətrafı aydın görməyə başlayır. Lakin baxışları açıldıqdan dərhal sonra onu qorxulu və izaholunmaz qarabasmalar narahat etməyə başlayır.
Hindistan istehsalı olan «Andhhagadu» komediya filmi 2017-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Veliqonda Srinivasdır. Əsas obrazları Rac Tarun, Racendra Prasad, Maheş Açanta və Ananth canlandırıb.
«Andhhagadu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 iyun 2017
- Ölkə
- Hindistan
- Rejissor
- Veligonda Srinivas
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- OnisFilms
- Müddət
- 132 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın