
Donaire y Esplendor
Xaricdəki təhsilini bitirib doğma Las-Tablas şəhərinə qayıdan Esplendor hava limanında Donaire adlı gənc qızla baxışır. Çox keçmədən Kambutaldakı sahilboyunda təkrar qarşılaşan cütlük bir-birinə aşiq olur. Lakin bu təzə başlayan məhəbbət tezliklə qohumların illərdir davam edən qarşıdurması ilə üzləşir.
Şəhərin ənənəvi karnavalı ucbatından hər iki ailə qatı düşmənə çevrilib. Esplendorun anası «Kalle Arriba» cəbhəsinə rəhbərlik edir, Donairenin anası isə rəqib olan «Kalle Abaxo» tərəfini təmsil edir. İki düşmən qütbün nümayəndəsi olan analar gənclərin münasibətini qətiyyən qəbul etmək istəmir.
Panama istehsalı olan «Donaire y Esplendor» komediya filmi 2017-ci ildə ekranlara çıxıb. Rejissor kürsüsündə Arturo Monteneqro əyləşib, əsas rolları isə Airam Amador, Alejandra Araúz, Rolando Athanasiadis və Orlando Barroso canlandırıblar.
«Donaire y Esplendor» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 sentyabr 2017
- Ölkə
- Panama
- Rejissor
- Arturo Monteneqro
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 96 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın