
Late Night Double Feature
Televiziya studiyasında «Doktor Nestinin qorxu kavalqadası» adlı proqramın növbəti buraxılışı lentə alınır. Efir vaxtı ekranda iki dəhşətli hekayə nümayiş olunarkən, çəkiliş meydançasının arxa planında işlər tamamilə nəzarətdən çıxır və əsl qarışıqlıq başlayır.
Verilişin aparıcısı Samanta spirtli içki aludəçisi olan həmkarı doktor Nestiyə dözməkdə çətinlik çəkir. Qızın haqlı iradlarını qulaqardına vuran və heyətlə hesablaşmayan layihə prodüseri isə vəziyyəti daha da gərginləşdirir. Efir davam etdikcə studiyadakı narazılıq və xaos pik həddə çatır.
«Late Night Double Feature» filmi 2016-cı ildə Kanadada istehsal olunub. Komediya, triller və qorxu janrlarını birləşdirən ekran əsərinin quruluşçu rejissorları Torin Lanqen və Navin Ramasvarandır. Baş rolları Ceymi Tarantini, Nik Smit, Ceyson Tennis və Brayan Karlton canlandırıblar.
«Late Night Double Feature» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 noyabr 2016
- Ölkə
- Kanada
- Rejissor
- Torin Lanqen, Navin Ramasvaran, Zakari Remelan
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Синема УС
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın