
Mənim sevgim, mənim gəlinim
Mi-yon və Yon-minin sevgisi hələ tələbəlik dövründə, eyni kollecdə oxuyarkən başlayır. Bu münasibət tezliklə nikahla nəticələnir, lakin vaxt keçdikcə ilk günlərin çoşğusu azalır və cütlük ailə həyatının adi günləri ilə üzləşir. Hisslərin soyuması münasibətləri sınağa çəkir.
Günlərin birində Mi-yon kafedə keçmiş müdiri ilə təsadüfən görüşür, Yon-min isə həmin şəxsi onun köhnə sevgilisi hesab edir. Şübhələr və qısqanclıq içində qalan ər, qadın valideynlərinin yanına gedən kimi başqa bir qadını yoldan çıxarır.
2014-cü ildə nümayiş olunan «Mənim sevgim, mənim gəlinim» filmi Cənubi Koreya istehsalı olan melodram və komediyadır. Rejissoru Lim Çhan-san olan ekran əsərində baş rolları Ço Con-sok, Şin Min-a, Yun Con-hi və Pe Son-u canlandırırlar.
«Mənim sevgim, mənim gəlinim» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 oktyabr 2014
- Ölkə
- Cənubi Koreya
- Rejissor
- Lim Çhan-san
- Keyfiyyət
- 720p
- Tərcümədə
- STEPonee
- Müddət
- 111 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın