
Subramanyam for Sale
Sita istəmədiyi nikahdan yaxa qurtarmaq üçün ABŞ-yə qaçır və internetdə tanış olduğu sevgilisi ilə ailə qurmaq niyyətinə düşür. Lakin Amerikada həmin gənc fırıldaqçı çıxaraq Sitadan üz döndərir, onu pulsuz və köməksiz qoyur. Çətin vəziyyətdə qalan qıza pula ehtiyacı olan və hər işin qulpundan yapışan həmyerlisi Subramanyam dəstək olur.
Birlikdə yerli icmanın keçirdiyi müsabiqədə böyük pul mükafatını qazanmaq üçün evli cütlük cildinə girmək qərarına gəlirlər. Bir qədər sonra bacısının toyu səbəbindən Sitanın təcili Hindistana qayıtması lazım gəlir. O, Subramanyamı mühafizəkar ailəsinin qarşısında da ər rolunu davam etdirməyə razı salır.
«Subramanyam for Sale» komediya filmi 2015-ci ildə Hindistanda istehsal olunub. Ekran işinin rejissoru Həriş Şankardır, baş rolları isə Say Dharam Teca, Recina Kassandra, Ada Şarma və Brahmanandam paylaşıblar.
«Subramanyam for Sale» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 sentyabr 2015
- Ölkə
- Hindistan
- Rejissor
- Həriş Şankar
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar ikisəsli, Люб. Двухголосый
- Müddət
- 150 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın