
Medoza şahzadəsi
Tsukimi Kuraşita rəssam olmaq arzusu ilə əyalətdən Tokioya köçür, lakin işləri hələlik uğurla getmir. Gözlüklü və son dərəcə utancaq olan bu qız kişilərin yanında özünü tamam itirir və danışa bilmir. O, özü kimi qəribəlikləri olan, işləməyən, müavinətlə dolanan və kişilərdən uzaq duran beş qadınla eyni evdə qalır.
Meduzaları hədsiz dərəcədə sevən Tsukimi bir gün zoomağazada həmin canlıların yanlış akvariumda saxlandığını və ölə biləcəyini görür. Satıcıya bunu izah etməkdə çətinlik çəkən qızın köməyinə cəlbedici bir xanım çatır. Onlar meduzaları alıb evə gətirirlər, lakin səhəri gün Tsukimi otağın döşəməsində yatan yaraşıqlı bir gənclə qarşılaşır.
«Medoza şahzadəsi» adlı yapon komediya filmi 2014-cü ildə ekranlara çıxıb. Rejissoru Taisuke Kavamura olan melodramda əsas rolları Non, Masaki Suda, Hiroki Haseqava və Çizuru İkevaki canlandırıblar.
«Medoza şahzadəsi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 dekabr 2014
- Ölkə
- Yaponiya
- Rejissor
- Taisuke Kawamura
- Keyfiyyət
- 720p
- Tərcümədə
- XDub Dorama
- Müddət
- 126 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın